Prezident Rəisi: İslam ümməti “Quran”-ın təhqir olunmasını bağışlamayacaq
https://parstoday.ir/azeri/news/iran-i800-prezident_rəisi_İslam_ümməti_quran_ın_təhqir_olunmasını_bağışlamayacaq
İran İslam Respublikası prezidenti çıxışında deyib ki, “Quran”-ı təhqir etmək insanlıq və İslami dəyərlərə təhqirdir və İslam ümməti bunu bağışlamayacaq.
(last modified 2023-07-01T07:22:04+00:00 )
İyun 30, 2023 17:12 Asia/Baku
  •     Prezident Rəisi: İslam ümməti “Quran”-ın təhqir olunmasını bağışlamayacaq

İran İslam Respublikası prezidenti çıxışında deyib ki, “Quran”-ı təhqir etmək insanlıq və İslami dəyərlərə təhqirdir və İslam ümməti bunu bağışlamayacaq.

 

İran İslam Respublikasının prezidenti İsveçdə “Qurani-Kərim”-in təhqir edilməsini pisləyərkən deyib ki, “ Bütün ilahi və səmavi dinə inananlar “Quran”-ın təhqir edilməsindən ciddi narahatdır və bu hərəkətlər insanlıq və İslami dəyərlərə qarşı təhqirdir  və İslam ümməti bunu bağışlamayacaq "

İran İslam Respublikası prezidenti daha sonra çıxışında bildirib ki, “Dünyanın hər yerində olan müsəlmanlar bu təhqirə öz hislərini nifrətlə bildiriblər.

Prezident Rəisi müqəddəslərin söz və fikir azadlığının saxta müdafiəçiləri tərəfindən təhqir olunduğunu bildirərək qeyd edib ki,  gənclər onların azadlığın əleyhinə olduqlarını və yalan üzündən söz azadlığı adı altında bayraq qaldırdıqlarını anlamalıdır.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bir sıra tikinti və xidmət layihələrinin açılışı məqsədi ilə bu gün, cümə günü Kirman vilayətinə (İranın cənubu) səfər edib.