Hökumət sözçüsü: Üçlü ada böyük İranın can parçasıdır
(last modified Thu, 17 Oct 2024 17:20:23 GMT )
Okt 17, 2024 21:20 Asia/Baku
  • Hökumət sözçüsü: Üçlü ada böyük İranın can parçasıdır

İran hökumətinin sözçüsü Avropa Birliyinin İranın üçlü adası ilə bağlı müdaxiləçi bəyanatına cavab olaraq deyib ki, Əbu Musa, Böyük və Kiçik Tunb adaları böyük İranın can parçasıdırlar.

 

Fatimə Mohacerani bununla bağlı “X” platformasında yazıb: "İranın ərazi bütövlüyü əcnəbilərin onun haqqında danışmağa cəsarət edəcəyi bir mövzu deyil". 

O, vurğulayıb ki, Avropa Birliyi və Fars Körfəzi Əməkdaşlıq Şurası böyük İranın ərazisi ilə bağlı fikir bildirmək iqtidarında deyillər.

Əbu Musa, Böyük və Kiçik Tunb adaları Fars körfəzində və Hörmüz boğazı yaxınlığında yerləşirlər və əhəmənilər dövründən qalan tarixi sənədlərə əsasən, İranın hakimiyyəti altında olublar və İran torpaqlarının ayrılmaz hissəsi hesab olunurlar.

Bu yaxınlarda Avropa Birliyi və Fars Körfəzi Əməkdaşlıq Şurası birgə bəyanatının yekun bəndində İranın üçlü adası ilə bağlı keçmişdəki əsassız və sübutsuz iddiaları yenidən təkrarlayıblar.