İki dövlətli həll yolu regionda davamlı sülhlə nəticələnməyəcək
(last modified Sat, 19 Oct 2024 12:03:25 GMT )
Okt 19, 2024 16:03 Asia/Baku
  • İki dövlətli həll yolu regionda davamlı sülhlə nəticələnməyəcək

Ölkəmizin xarici işlər naziri deyib: Biz inanırıq ki, iki dövlətli həll yolu regionda davamlı sülhə səbəb olmayacaq.  Bölgədə sülhə yalnız Fələstin məsələsinin “Fələstin ərazilərində demokratiya” əsasında həlli ilə nail olmaq olar.

 

Seyid Abbas Əraqçi Qahirədə nəşr olunan Əl-Misri əl-Yəvm qəzetinə verdiyi müsahibədə bölgədəki mövcud vəziyyəti, İsrailin cinayətlərini dayandırmaq üçün hər kəsi səfərbər etməyin zəruriliyini və Misirə səfərinin məqsədlərini açıqlayıb və deyib: Region çox təhlükəli dövürdən keçir və İran İslam Respublikası mövcud vəziyyətə görə, region ölkələri arasında təcili koordinasiya və məsləhətləşmələrə və sionist rejimin Qəzzə və Livandakı cinayətlərinin dayandırılmasına səbəb olacaq mövqelərin mənimsənilməsi üçün əməkdaşlığa hər zamankindən daha çox ehtiyac hiss edir.

O əlavə edib: Region ölkələri və beynəlxalq ictimaiyyət işğalçı İsrail rejiminin cinayətlərinin sona çatması üçün daha çox səy göstərməlidir ki, bu cinayətlər daha çox ərazilərə yayılmasın.

Əraqçi qeyd edib: Bizimlə Misir arasında məsləhətləşmələr həmişə davam edir və biz bu məsləhətləşmələri və aramızda birgə əməkdaşlığı davam etdirməyə hazırıq. Misir və İran İslam Respublikası arasında əlaqələr yaxındır və Tehran və Qahirə arasında münasibətlər hətta diplomatik fasilə zamanı da qarşılıqlı hörmətə əsaslanan münasibət olub.

Əraqçi sonda vurğuladı: Biz inanırıq ki, iki dövlətli həll regionda davamlı sülhə gətirib çıxarmayacaq. Bölgədə sülh yalnız Fələstin məsələsinin “Fələstin ərazilərində demokratiya” əsasında həlli ilə əldə edilə bilər. Belə bir hökumətdə Fələstinin bütün yerli xalqları, istər müsəlman, istərsə də xristian yəhudilərlə yan-yana yaşayacaq və referendum yolu ilə bu yerli xalq öz taleyini və gələcəyini demokratik seçki qutusu vasitəsilə müəyyən edəcək. Amma sonda biz fələstinlilərin təkbaşına hansı qərarı versələr, onu dəstəkləyirik və yalnız öz nöqteyi-nəzərimizi təklif edirik.