İran və Türkiyə sionist rejimin Qəzza və Livanda soyqırımını dayandırmasını vurğulayıblar
(last modified Sat, 19 Oct 2024 13:14:46 GMT )
Okt 19, 2024 17:14 Asia/Baku
  • İran və Türkiyə sionist rejimin Qəzza və Livanda soyqırımını dayandırmasını vurğulayıblar

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bir mesajında Seyid Abbas Əraqçinin Rəcəb Tayyib Ərdoğan ilə görüşünü xatırladıb və deyib: İran xarici işlər nazirinin Türkiyə prezidenti ilə görüşündə, Qəzza və Livanda sionist rejimin soyqırımının dayandırılması vurğulanıb.

 

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb: Doktor Əraqçinin prezident Ərdoğanla görüşündə İran-Türkiyənin qarşılıqlı əlaqələri və bölgədəki son hadisələr müzakirə edilib.

O əlavə edib: İran və Türkiyə regionda və İslam dünyasında iki böyük və nüfuzlu qonşu olaraq, sionist rejimin sərhədsiz təcavüz və cinayətlərinin regionun təhlükəsizliyi və sabitliyinə yaratdığı ciddi təhlükə barədə fikir mübadiləsi apararaq, günahsız insanların öldürülməsini, müharibə alovunun yayılmasının qarşısının alınmasını və Qəzza və Livanda rejimin soyqırımını dayandırılmasını vurğulayırlar.