İran Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh danışıqları prosesində irəliləyişi alqışlayıb
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi 3+3 regional əməkdaşlıq mexanizmi ölkələrinin xarici işlər nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilən üçüncü görüşündə Azərbaycan Respublikası və Ermənistan arasında sülh danışıqları prosesində irəliləyişi alqışlayıb.
Cümə günü Türkiyənin İstanbul şəhərində 3+3 regional əməkdaşlıq mexanizminin xarici işlər nazirlərinin üçüncü iclası keçirilib.
İran, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin iştirakı ilə keçirilən bu görüşdə Cənubi Qafqaz məsələlərinin dialoq yolu ilə həlli və regionda əməkdaşlıq və yaxınlaşmanın inkişaf etdirilməsi və gücləndirilməsi yolları müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Bu görüşün yekun bəyanatı əsasında qərara alınıb ki, dövlət strukturları arasında qarşılıqlı fəaliyyətlə yanaşı, insanların qarşılıqlı əlaqələrinin asanlaşdırılması, mədəniyyət, elm, təhsil və turizm sahəsində əməkdaşlıq da gündəmə gətirilsin.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi 3+3 regional əməkdaşlıq mexanizmini bu ölkələrin regional məsələlərin region ölkələri tərəfindən həll edilməsi iradəsinin simvolu olduğunu bildirib.
Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh danışıqları prosesində irəliləyişi alqışlayan Əraqçi ərazi bütövlüyü, milli suverenlik, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətin və güc tətbiq etməyinn və ya güc tətbiq etməklə hədələməkdən çəkinməyin regionda davamlı sülhün bərqərar olmasının şərti olduğunu bəyan edib.