Pezeşkiyan çərşənbə axşamı Rusiyaya gedəcək
İran İslam Respublikasının prezidenti çərşənbə axşamı Rusiyaya səfər edəcək.
Prezident aparatının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru deyib: Prezident Pezeşkian bu həftə 16-cı BRİKS və "BRICS Plas" Sammitində iştirak və çıxış etmək üçün, Rusiyaya səfər edəcək
O əlavə olaraq bildirib ki: "Prezidentin BRİKS-in əsas sammitindəki çıxışından əlavə, sammitdə iştirak edən bəzi prezidentlərlə, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Şi Cin Ping ilə ikitərəfli görüşləri olacaq."Abbasi həmçinin vurğulayıb ki, Pezeşkiyan həmçinin bu sammitin bəzi başqa iclaslarında da, çıxış edəcək.Məlumata əsasən, noyabrın 1-dən 3-dək Rusiyanın Kazan şəhərində 16-cı BRİKS sammitinin keçirilməsi planlaşdırılır və BRİKS-ə üzv ölkələrin liderlərindən biri kimi “Məsud Pezşkiyan” da Rusiyanın rəsmi dəvəti ilə iclasda iştirak edəcək.BRİKS qrupunun iclasları əvvəlcə Rusiya, Çin, Hindistan və Braziliyanın iştirakı ilə formalaşıb, sonra Cənubi Afrika da bu qrupa qoşuldu. Bu ilin əvvəlində İran, Səudiyyə Ərəbistan, BƏƏ, Misir və Efiopiya ölkələri də bu qrupa daxil edilib.Rusiya 2024-cü il yanvar ayının 1-dən BRİKS qrupuna bir illik sədrlik edir və onun nəzarəti altında BRİKS Kazan sammitində geniş mövzuları əhatə edən 250-dən çox tədbir keçirələcək.