3+3 regional məşvərət formatının üçüncü iclasının birgə bəyanatı yayılıb
3+3 regional məşvərət formatının xarici işlər nazirləri bir bəyanat yayıblar. Onlar bu bəyanatda mühüm regional məsələlər barədə ölkələrin siyasi müstəqiliyi, suverenliyə hörmət zərurəti və regional əməkdaşlıq fürsətlərindən istifadənin önəminə təkid ediblər.
3+3 regional məşvərət formatının üçüncü iclası dünən İstanbulda Türkiyə, Ermənistan, Azərbaycan Respublikası, İran və Rusiya xarici işlər nazirlərinin iştirakı və birgə bəyanatın yayılması ilə başa çatıb.
3+3 regional məşvərət formatının üçüncü iclasının yekun bəyanatında/ ikitərəfli maraqların tanınması üzrə birgə səylərdən irəli gələn yaxşı qonşuluq əlaqələrinin həyati zərurətinə əsasən, BMT Nizamnaməsinin bütün prinsiplərinə hörmət, daxili məsələlərə qarışmama, beynəlxalq sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, siyasi müstəqillik və suverenliyə hörmət, həmçinin münaqişələrin dinc həllinin əhəmiyyətinə təkid olunub.
Bəyanatda 3+3 regional təşəbbüs proqramına üzv ölkələr bütün region ölkələri arasında əlaqələrin normallaşdırılması və inkişafındakı müsbət olaylardan razılıq ediblər. Onlar habelə təhsil, elm, idman, mədəniyyət və turizm üzrə birgə layihələrin təşviq edilməsinin perspektivi ilə/ xalq təmaslarının və mədəni əməkdaşlıqların əhəmiyyətini vurğulayıblar.