İran BRİKS ölkələri arasında əlaqələrin inkişafını dəstəkləyir
https://parstoday.ir/azeri/news/iran-i8120-İran_brİks_ölkələri_arasında_əlaqələrin_inkişafını_dəstəkləyir
Əraqçi: BRİKS tədricən yeni qlobal qütbə çevrilir
(last modified 2024-10-24T05:15:50+00:00 )
Okt 23, 2024 08:31 Asia/Baku
  • İran BRİKS ölkələri arasında əlaqələrin inkişafını dəstəkləyir

Əraqçi: BRİKS tədricən yeni qlobal qütbə çevrilir

 

İranın xarici işlər naziri bəyan edib ki, BRİKS tədricən yeni qlobal qütbə, dünyanı idarə edən Qərb nizamına qarşı çıxmaq üçün bir araya gələn ölkələr qrupuna çevrilir.

Seyid Abbas Əraqçi mediaya müsahibəsində deyib: “Bu, bizim ölkə prezidenti səviyyəsində rəsmi üzv kimi iştirak etdiyimiz ilk BRİKS iclasıdır”.

Onun sözlərinə görə, BRİKS-ə üzv ölkələr dünyanı Qərb inhisarından xilas etmək üçün mexanizmlər və üsullar hazırlayır və tənzimləyir. Bu mexanizmlər həm siyasi, həm təhlükəsizlik, həm də daha çox iqtisadi və maliyyə sferasındadır. İqtisadi sahədə BRİKS yeni inkişaf bankı yaradıb.

Əraqçi əlavə edib ki, BRİKS öz cazibəsini artırıb və hazırda 30-a yaxın ölkə BRİKS-ə qoşulmağa hazırdır.