BMT-nin baş katibi Qəzzanın şimalında mühasirədə olan əhalini müdafiə etməyə çağırıb
(last modified Thu, 24 Oct 2024 08:43:09 GMT )
Okt 24, 2024 12:43 Asia/Baku
  • BMT-nin baş katibi Qəzzanın şimalında mühasirədə olan əhalini müdafiə etməyə çağırıb

 BMT-nin baş katibi Antonio Quterreş bir daha Qəzzə əhalisinin çəkdiyi əzabdan narahat olduğunu bildirib və Qüdsü işğal edən rejiminin mühasirəsində olan Qəzzanın şimalındakı əhalini müdafiə etməyə çağırıb.

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş yerli vaxtla çərşənbə günü X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında yazıb: "Qəzzanın şimalında İsrailin davamlı mühasirəsi altında əziyyət çəkən insanlar sağ qalmaq üçün bütün mövcud imkanları sürətlə tükəndirir".

BMT-nin Baş katibi beynəlxalq humanitar qanunlara riayət olunmasını vurğulayaraq bəyan edib: Mülki əhali qorunmalı və humanitar yardım ala bilməlidir.