Hökumət sözçüsü: Hava Hücumundan Müdafiə Qüvvələri iranlıların milli qürurunu canlandırdı
(last modified Sat, 26 Oct 2024 10:37:43 GMT )
Okt 26, 2024 14:37 Asia/Baku
  • Hökumət sözçüsü: Hava Hücumundan Müdafiə Qüvvələri iranlıların milli qürurunu canlandırdı

Hökumət sözçüsü ölkəmizin Hava Hücumundan Müdafiə Qüvvələrinin iqtidar və sayıqlığını yüksək qiymətləndirib və əlavə edib: Öz hərəkətləri ilə iranlıların milli qürurunu dirçəltmiş bu gənclərin qüdrət və nüfuzuna alqış demək lazımdır.

 

Hökumət sözçüsü Fatimə Mühacirani İRNA-nın siyasi müxbiri ilə eksklüziv müsahibəsində sionist rejimin hərbi mərkəzlərə hücumuna və ölkəmizin Hava Hücumundan Müdafiə Qüvvələrinin sərt cavabına münasibət bildirərkən deyib: İran xalqı ölkənin müdafiə qabiliyyəti ilə fəxr edir və ona güvənir. 

Hökumət sözçüsü bəzi xüsusi mediada dərc olunan saxta görüntülərə toxunaraq vurğuladı: Ölkənin Hava Hücumundan Müdafiəsinin rəsmi açıqlamalarından da göründüyü kimi, yalnız məhdud ziyan vurulub. Hörmətli vətəndaşların təmkinlərini qorumaqla yanaşı, söz-söhbətlərdən uzaq olmaları, xəbərləri yalnız rəsmi mediadan və müdafiə qüvvələrinin açıqlamalarından izləmələri lazımdır. 

O, İranın qüdrətli və iqtidarlı ölkə olduğunu və belə fitnələr qarşısında problemlə üzləşməyəcəyini vurğulayaraq dedi: Ölkə hazırda normal vəziyyətdədir və hətta səhər saat 9-dan etibarən uçuşlar öz normal rejiminə qayıdıb.