İraqçı sionist rejimin cavabdeh edilməsini istəyib
İran xarici işlər naziri İngiltərə xarici işlər naziri ilə söhbətdə; İraqçı İsrail rejiminin cavabdeh edilməsini istəyib
İran İslam Respublikası BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən, öz suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üzrə təbii və qanuni haqqının tətbiqində tərəddüd etməyəcək. Bunu, İran xarici işlər naziri vurğulayıb.
İngiltərə xarici işlər naziri Devid Lami İran xarici işlər naziri Seyid Abbas İraqçı ilə telefon əlaqəsində onunla son region olayları barədə söhbət edib.
Bu telefon danışığında regionun çox iltihablı durumuna toxunan İngiltərə xarici işlər naziri bölgədə səbatsızlıq və müharibənin genişlənməsinin cilovlanması və gərginliyin azaldılması üzrə cari səylərin nəticə verməsi məqsədilə bütün tərəflərin təmkinlilik göstərmələri vacibliynə təkid edib.
Ölkəmizin/ sionist rejimin/ İranın bir neçə hərbi və müdafiə mərkəzinə qarşı təcavüzkar hərəkəti barədəki mövqelərini açıqlayan İran xarici işlər naziri/ sionist rejimə siyasi və silah dəstəklərinin dayandırılmasını istəyib. Vurğulayıb ki, İran İslam Respublikası BMT Nizamnaməsinə və qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən, öz suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üzrə təbii və qanuni haqqının tətbiqində tərəddüd etməyəcək.
İraqçı həmçinin sionist rejimin/ əslində Qəzzədə və Livandakı cinayətlərinin davamında həyata keçən təcavüzkar hərəkətlərinin pislənilməsi üçün BMT Təhlükəsizlik Şurası xüsusiyyət təşkil etməklə dünya ictimaiyyətinin təcili addımlar atması zərurətini vurğulayıb.
İran xarici işlər naziri Qəzzə və Livandakı qırğın və soyqırımlara son qoymaq və İsrail rejimi başçılarının cavabdeh olunmaları üçün təcili tədbirlərin görülməsini istəyib.