İranın yunan-Roma güləşi komandası Albaniyada keçirilən beynəlxalq turnirdə ikinci olub
https://parstoday.ir/azeri/news/iran-i8264-İranın_yunan_roma_güləşi_komandası_albaniyada_keçirilən_beynəlxalq_turnirdə_ikinci_olub
Bir qızıl və bir gümüş medal, həmçinin komanda üzrə 51 xal qazanan İranın yunan-Roma güləş komandası qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnirdə ikinci olub.
(last modified 2024-11-02T07:29:32+00:00 )
Okt 30, 2024 14:04 Asia/Baku
  • İranın yunan-Roma güləşi komandası Albaniyada keçirilən beynəlxalq turnirdə ikinci olub

Bir qızıl və bir gümüş medal, həmçinin komanda üzrə 51 xal qazanan İranın yunan-Roma güləş komandası qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnirdə ikinci olub.

 

 qeyri-olimpiya çəki dərəcələri üzrə beynəlxalq turnir oktyabrın 28-29-dək Albaniyanın paytaxtı Tirana şəhərində keçirilib. Komandamızın kapitanı Məhəmməd-Əli Gərayi 82 kiloqram çəki dərəcəsində qızıl medal əldə edib.

  Gərayidən öncə isə Puya Dadmərz 55 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. Bununla da İran komandası dörd qeyri-olimpiya çəki dərəcəsində bir qızıl və bir gümüş medal sahibi olub.

  85 və 35 xal əldə edən Azərbaycan Respublikası və Ermənistan yığmaları isə müvafiq olaraq, birinci və üçüncü yerləri tutublar.