İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəyanat yaydı
Sionist rejimə bağlı separatçı terror qruplaşması zərərsizləşdirilib
İranda İmam Zamanın (ə.c) anonim əsgərləri sionist rejimə bağlı separatçı terror qruplaşmasının üzvlərini ölkəyə daxil olarkən müəyyən edərək məhv ediblər.
İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir ki, bu separatçı terror qruplaşması küçə iğtişaşları, terror və iğtişaş yaratmaq məqsədi ilə İraqın Kürdüstan bölgəsindən Qərbi Azərbaycan vilayətinə daxil olmağı planlaşdırıb, lakin ölkəyə daxil olarkən aşkar olunaraq məh edilib.
Kəşfiyyat Nazirliyinin apardığı həmin əməliyyat nəticəsində terror qruplaşmasının əsas kadrlarından biri öldürülüb, onun yanında olan daha iki nəfər isə silahları ilə birlikdə həbs edilib.