İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəyanat yaydı
https://parstoday.ir/azeri/news/iran-i8282-İran_İslam_respublikasının_kəşfiyyat_nazirliyi_bəyanat_yaydı
Sionist rejimə bağlı separatçı terror qruplaşması zərərsizləşdirilib
(last modified 2024-10-31T04:54:27+00:00 )
Okt 31, 2024 08:53 Asia/Baku
  • İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəyanat yaydı

Sionist rejimə bağlı separatçı terror qruplaşması zərərsizləşdirilib

 

İranda İmam Zamanın (ə.c) anonim əsgərləri sionist rejimə bağlı separatçı terror qruplaşmasının üzvlərini ölkəyə daxil olarkən müəyyən edərək məhv ediblər.

  İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin bəyanatında deyilir ki, bu separatçı terror qruplaşması küçə iğtişaşları, terror və iğtişaş yaratmaq məqsədi ilə İraqın Kürdüstan bölgəsindən Qərbi Azərbaycan vilayətinə daxil olmağı planlaşdırıb, lakin ölkəyə daxil olarkən aşkar olunaraq məh edilib.

  Kəşfiyyat Nazirliyinin apardığı həmin əməliyyat nəticəsində terror qruplaşmasının əsas kadrlarından biri öldürülüb, onun yanında olan daha iki nəfər isə silahları ilə birlikdə həbs edilib.