Tərtər işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub
(last modified Fri, 01 Nov 2024 16:06:37 GMT )
Noy 01, 2024 20:06 Asia/Baku
  • Tərtər işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub

Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşev, Qurban Cümşüdov və korpus komandiri, general-mayor Hikmət Həsənovun keçmiş hüquqşünas köməkçisi Fuad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 proses Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutub.

  Fuad Ağayev 13 il, Fuad Axundov və Ramil Əhmədovun hər biri 9 il 6 ay, Qurban Cümşüdov və Cavid Ağadadaşovun hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

  Qeyd edək ki, Fuad Ağayev cinayət törətdiyi vaxt keçmiş korpus komandiri, general-mayor Hikmət Həsənovun hüquqşünas köməkçisi işləyib. İş üzrə 317 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 4-ü işgəncə nəticəsində dünyasını dəyişən şəxslərin hüquqi varisləridir.

  Xatırladaq ki, 2017-ci ildə Tərtər və ətraf rayonlarda bir qrup azərbaycanlı hərbçi Ermənistanın xeyrinə casusluqda şübhəli bilinən yüksək rütbəli zabitlərin göstərişi ilə işgəncələrə məruz qalıb. Tərtər işi üzrə istintaq 2021-ci ildə bərpa edilib. Məlum olub ki, dövlətə xəyanətdə ittiham olunanların əksəriyyəti günahsızdır.