Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb
https://parstoday.ir/azeri/news/iran-i8294-almaniyanın_tehrandakı_müvəqqəti_işlər_vəkili_xarici_İşlər_nazirliyinə_çağırılıb
Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirinin Almaniyada yaşayan İran vətəndaşlarının konsulluq xidmətlərindən məhrum edilməsinə dair əsassız qərarına etiraz olaraq İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2024-11-02T06:52:19+00:00 )
Noy 01, 2024 12:50 Asia/Baku
  • Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirinin Almaniyada yaşayan İran vətəndaşlarının konsulluq xidmətlərindən məhrum edilməsinə dair əsassız qərarına etiraz olaraq İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Almaniyanın xarici işlər nazirinin İran İslam Respublikasının sözügedən ölkədəki konsulluqlarının bağlanması ilə bağlı məntiqsiz qərarından sonra Almaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Hans-Piter Yuqel Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə Birinci Departamentinin rəhbəri tərəfindən çağırılıb və ölkəmizin kəskin etirazı ona çatdırılıb.

Bu görüşdə Qərbi Avropa üzrə Birinci Departamentinin rəhbəri Almaniya hökumətinin İran xalqına qarşı təxribatçı və əsassız yanaşmasını pisləyərək ona xəbərdarlıq edib.