İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edib
https://parstoday.ir/azeri/news/iran-i832-İranın_xarici_işlər_nazirinin_müavini_azərbaycana_səfər_edib
İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyul 03, 2023 05:58 Asia/Baku
  • İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək

İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini “Rza Nəcəfi” yüksək səviyyəli ekspertlərdən ibarət nümayəndə heyətinin başçılığı ilə bu gün başlayacaq iki günlük Qoşulmama Hərəkatının Zirvə iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtına səfər edib.

Nümayəndələr Bazar ertəsi və çərşənbə axşamı yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin konfransında iştirak edəcəklər.

Çərşənbə və cümə axşamı Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi də planlaşdırılır .