Əraqçi Serbiya xalqı və hökumətinin dərdinə şərik olduğunu bildirib
Noy 03, 2024 09:11 Asia/Baku
Xarici işlər naziri öz mesajında Serbiya qatar stansiyasının damının uçması nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində yazıb: Serbiyanın Novi Sad şəhərində dəmir yolu vağzalının damının uçması hadisəsində insan tələfatı böyük kədərə səbəb olub.
O qeyd edib: Biz həyatını itirənlərin ailələrinə başsağlığı verir və Serbiya hökumətinə və xalqına başsağlığımızı bildiririk.
Teqlər