İŞİD-in Şirazda törətdiyi terror aktları ilə bağlı ittiham aktı açıqlanıb
https://parstoday.ir/azeri/news/iran-i8334-İŞİd_in_Şirazda_törətdiyi_terror_aktları_ilə_bağlı_ittiham_aktı_açıqlanıb
 Fars əyalətinin ədliyyə rəisi bildirib ki, Şiraz İslam İnqilab Məhkəməsində terrorla qətiyyətli mübarizə çərçivəsində həbs edilən 11 nəfər haqqında ittihamnamə çıxarılıb.
(last modified 2024-11-05T07:29:37+00:00 )
Noy 03, 2024 08:49 Asia/Baku
  • İŞİD-in Şirazda törətdiyi terror aktları ilə bağlı ittiham aktı açıqlanıb

 Fars əyalətinin ədliyyə rəisi bildirib ki, Şiraz İslam İnqilab Məhkəməsində terrorla qətiyyətli mübarizə çərçivəsində həbs edilən 11 nəfər haqqında ittihamnamə çıxarılıb.

 

2023-cü ilin avqustunda Şahçıraq (ə) hərəminə ikinci terror hücumundan sonra, ölkədə terror əməliyyatları planlaşdıran əsas agentlərin həbsi və cəzalandırılması Fars vilayətinin ədliyyə və təhlükəsizlik orqanlarının gündəminə çevrildi. Ölkədə əhəmiyyətli sayda İŞİD liderinin təsbit edilməsi və həbsi həyata keçirildi. 

Fars əyalətinin ədliyyə rəisi bazar günü jurnalistlərə Şiraz İslam İnqilabı Prokurorluğunda terrorizmlə mübarizə çərçivəsində həbs edilən 11 nəfər haqqında ittiham aktının təqdim edildiyini açıqlayıb. O, vurğulayıb ki, bu şəxslər İranda İŞİD-in əsas üzvləri kimi tanınırdılar və keçən il tutularaq ədliyyə orqanlarına təhvil verilmişdilər.