Bölgə ölkələrində kəşfiyyat xidmətlərinin İrana qarşı keçirdiyi görüşlər barədə dəqiq məlumatımız var
https://parstoday.ir/azeri/news/iran-i8364-bölgə_ölkələrində_kəşfiyyat_xidmətlərinin_İrana_qarşı_keçirdiyi_görüşlər_barədə_dəqiq_məlumatımız_var
 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı deyib: “Dəqiq məlumatımız vardır ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”
(last modified 2024-11-05T03:39:01+00:00 )
Noy 04, 2024 13:25 Asia/Baku
  • Bölgə ölkələrində kəşfiyyat xidmətlərinin İrana qarşı keçirdiyi görüşlər barədə dəqiq məlumatımız var

 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı deyib: “Dəqiq məlumatımız vardır ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”

 

General-mayor Məhəmməd Pakpur bazar ertəsi Zahidanda keçirilən tayfa başçılarının toplantısında deyib: “Ölkənin cənub-şərq bölgəsində baş verən terror aktları təsadüfi olmayıb və düşmən xidmətlərinin rəhbərliyi altında həyata keçirilib.”General-mayor Pakpur əlavə edib: “Düşmənin muzdlu terrorçularının ölkənin cənub-şərq bölgəsindəki hərəkətləri sionist cinayətkar rejimlə bağlıdır. Bu rejim hər vaxt hərəkətlənirsə, onların muzdluları da cənub-şərqdə əziz xalqımıza qarşı terror aktı həyata keçirirlər.”SEPAH Quru Qoşunlarının komandanı əlavə edib: “General şəhid Zahidinin Suriyada şəhadəti, Doğru Vəd əməliyyatı, sionist rejimin ölkəmizə qarşı əməliyyatı və... hadisələrlə eyni zamanda muzdlu terrorçular əməliyyatlar icra ediblər, bu məsələ heç də təsadüfi deyil.”O vurğulayıb: “Bizim dəqiq məlumatımız var ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”