Pezeşkiyan Azərbaycan Respublikasına gedir
https://parstoday.ir/azeri/news/iran-i8374-pezeşkiyan_azərbaycan_respublikasına_gedir
Prezident gələn həftə BMT-nin iqlim dəyişikliyi sammitində iştirak etmək üçün Azərbaycana gedəcək.
(last modified 2024-11-06T04:14:53+00:00 )
Noy 04, 2024 17:18 Asia/Baku
  • Pezeşkiyan Azərbaycan Respublikasına gedir

Prezident gələn həftə BMT-nin iqlim dəyişikliyi sammitində iştirak etmək üçün Azərbaycana gedəcək.

 

Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə direktoru Həbibullah Abbasi bazar ertəsi, noyabrın 4-də İRNA-nın siyasi məsələlər üzrə müxbiri ilə müsahibədə bildirib: “İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan BMT-nin “COP29” kimi tanınan İqlim Dəyişikliyi sammitində iştirak etmək üçün gələn həftə Azərbaycan Respublikasının paytaxtı Bakıya gedəcək.

BMT-nin İqlim Dəyişikliyi konfransları 1995-ci ildən bəri keçirilən iqlim dəyişikliyinə həsr olunmuş illik toplantılardır.

Bu konfransların məqsədi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzvlərinin iqlim dəyişikliyinin məhdudlaşdırılmasında əldə etdiyi irəliləyişləri nəzərdən keçirməkdir.