“Kövsər” və “Hudhud” peykləri uğurla orbitə buraxılıb
https://parstoday.ir/azeri/news/iran-i8376-kövsər_və_hudhud_peykləri_uğurla_orbitə_buraxılıb
 Kövsər və Hudhud peykləri özəl sektorun ilk peykləri olaraq çərşənbə axşamı səhər Rusiyanın "Vostoçnıy" buraxılış bazasından uğurla orbitə buraxılıb.
(last modified 2024-11-06T04:14:54+00:00 )
Noy 05, 2024 08:21 Asia/Baku
  • “Kövsər” və “Hudhud” peykləri uğurla orbitə buraxılıb

 Kövsər və Hudhud peykləri özəl sektorun ilk peykləri olaraq çərşənbə axşamı səhər Rusiyanın "Vostoçnıy" buraxılış bazasından uğurla orbitə buraxılıb.

 

Noyabrın 5-i çərşənbə axşamı səhər saatlarında Rusiyanın "Soyuz" peyk daşıyıcısı tərəfindən Kövsər və Hudhud peyki "Vostoçnıy" bazasından orbitə uğurla buraxılıb. İran Kosmik Təşkilatının rəhbəri, peyk istehsal edən komandanın bəzi üzvləri və İran Kosmik Tədqiqatlar İnstitutunun media müxbirləri bu buraxılışın istənilən orbitə canlı yayımını izləyib və onun uğurlu buraxılışının şahidi olublar.