Sərdar Fədəvi: Sionistlər bizim cavabımızı gözləsin
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini İranın işğal olunmuş ərazilərdəki böyük hədəflər bankına işarə edərək, çıxışında vurğulayıb ki, sionist rejim “Doğru Vəd 3” əməliyyatı şəklində ölkəmizin cavabını gözləsin.
General Əli Fədəvi Yəmənin “Əl-Məsirə” kanalına verdiyi müsahibədə deyib: “Biz İranın “Doğru Vəd 3” əməliyyatını həyata keçirməsinin qarşısını almaq üçün Amerika və sionistlərin qabaqlayıcı hücumunun ola biləcəyini mümkün hesab etmirik.
O, vurğulayıb: İran və müqavimət cəbhəsi hazırdır və sionistlər bizimlə qarşı-qarşıya gəlməyə qadir deyillər və bizim cavabımızı gözləməlidirlər.
Sərdar Fədəvi açıqlamasının davamında deyib: Silah anbarlarımız sionistləri vurmaq üçün kifayət qədər silah və gücə malikdir.