Müqavimət cəbhəsinin Fələstin və Livandakı səyləri mütləq qələbəyə səbəb olacaq
(last modified Thu, 07 Nov 2024 11:23:49 GMT )
Noy 07, 2024 15:23 Asia/Baku
  • Müqavimət cəbhəsinin Fələstin və Livandakı səyləri mütləq qələbəyə səbəb olacaq

İranın Ali Rəhbəri Ekspertlər Məclisinin üzvləri ilə görüşündə deyib: Bu gün Livan, Qəzza və Fələstində güc və qüdrətlə davam edən mübarizə mütləq Haqq Cəbhənin və Müqavimət Cəbhəsinin qələbəsinə səbəb olacaq.

 

Bu gün (7 noyabr, cümə axşamı) Rəhbərlik Ekspertlər Məclisinin nümayəndələri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu görüşdə deyib: Bu gün Livan, Qəzzə və Fələstində tam güc və qüdrətlə davam edən cihadlar və səylər mütləq Haqq Cəbhəsi və Müqavimət Cəbhəsinin qələbəsinə səbəb olacaqdır.

O, sözünə davam etdi: Bu günlər zəmanəmizin böyük və yorulmaz mücahidi, mərhum cənab Seyid Həsən Nəsrullahın (Allah ona rəhmət etsin, məqamını uca etsin və savabını çox etsin) şəhadətinin 40-cı gününə təsadüf edir. Onun xatirəsini, Şəhid Haniyə, Şəhid Səfiyəddin, Şəhid Yəhya Əs-Sinvar, Şəhid Nilfuruşan və digər müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad edirik.

İnqilabın Ali Məqamlı Rəhbəri buyurdu: Biz də bu məclisin şəhidləri Şəhid Rəisi (Allah ona rəhmət etsin) və Şəhid Ali Haşimin (Allah ona rəhmət etsin) xatirəsini ehtiramla anırıq və bütün bu şərəfli şəhidlər üçün Allahın ən yüksək dərəcələri verməsi üçün dua edirik.

O dedi: Rəhmətlik Cənab Nəsrullah və bu günlərin digər əziz şəhidləri, haqq və insafla desək İslama izzət verdilər. Müqavimət cəbhəsinə hörmətlə yanaşdılar, onlara ikiqat güc və qüdrət verdilər.

İnqilab Rəhbəri dedi: Bu uzun illər və təxminən 40 il ərzində Hizbullah bir dəfə sionist rejimi Beyrutdan, bir dəfə Səydadan, bir dəfə Sur şəhərindən geri çəkilməyə məcbur etdi, bir dəfə də Livanın cənubunu və Livanın şəhər, kənd və yüksəkliklərini sionist rejimin nəhs varlığından tamamilə təmizləyib. Bu o deməkdir ki, zaman keçdikcə bu qabiliyyət artıb.

 Ayətullah Xamenei deyib: Eyni təcrübə Fələstin müqaviməti ilə də baş verib. Onlar 2008-ci ildən bu günə qədər 9 dəfə sionist rejimlə toqquşdular. Bütün bu 9 dəfədə qalib gəlib. Bu gün də Fələstin müqaviməti səthi insanın müşahidə etdiyinin əksinə olaraq sionist rejimə qalib gəlib. Çünki o, HƏMAS-ın kökünü kəsmək istəyirdi və buna nail ola bilmədi. 

 O əlavə etdi: Hizbullahla da belədir. Hizbullah güclüdür. İndi Livanda və başqa yerlərdə bəzi insanlar Hizbullahın zəiflədiyini düşünərək Hizbullahın hərəkətlərini tənqid etmək üçün ağızlarını açıblar. Səhv edirlər, aldanıblar, Hizbullah güclüdür, döyüşür. Bəli, cənab Seyid Həsən Nəsrullah və ya Cənab Seyid Haşim Səfiyəddin və bu kimi görkəmli və mühüm şəxsiyyətlər onların arasında deyil; Amma təşkilat öz adamları ilə, öz mənəvi gücü ilə, öz ruhu ilə hazırdır, Allaha şükür. Düşmən bu təşkilata qalib gələ bilməyib və inşallah bacarmayacaq. İnşallah dünya və region sionist rejimin bu mücahidlər qarşısında aşkar məğlubiyyətə düçar olacağı bir günü görəcək.