Rəsmi Tehranın Cənubu Qafqazla bağlı mövqeyi sabitdir
Noy 08, 2024 12:57 Asia/Baku
İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran bölgədə istənilən geosiyasi dəyişikliyə qarşıdır.
Səfir Sübhani Ermənistanın Kapan şəhərində jurnalistlərə verdiyi açıqlamada qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətin vacib olduğunu xatırladaraq qeyd edib ki, yalnız bu şərtlər əsasında kommunikasiyalar açılmalıdır.
Onun sözlərinə görə, İran tərəfi ərazidənkənar dəhliz məntiqi olan hər şeyə qarşıdır və istənilən geosiyasi dəyişikliyi qəbul etmir.
Teqlər