Əraqçi: Müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq
(last modified Sat, 09 Nov 2024 10:34:51 GMT )
Noy 09, 2024 14:34 Asia/Baku
  • Əraqçi: Müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq

Xarici işlər naziri deyib: Dünya bilməlidir ki, müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq. Gərginlik və qeyri-sabitlik başqa bölgələrə və hətta uzaqlara yayıla biləcək bir şeydir.

 

Seyid Abbas Əraqçi bu gün səhər – şənbə, noyabrın 9-da zirvə zalında keçirilən “Nəsrullah Məktəbi” beynəlxalq konfransında şəhidlərin və müqavimət liderlərinin ruhlarını salamlayarkən deyib: Bu gün biz müqavimətin bu böyük və möhkəm lideri Şəhid Seyid Həsən Nəsrullahın xatirəsini ehtiramla yad etmək üçün toplaşmışıq. O, təkcə Livan üçün deyil, İslam dünyası və bütün azadlıqsevər xalqlar üçün müqavimət, mərdlik, zülm və təcavüzə qarşı dayanma simvolu olan bir şəxsiyyət idi. 

O, davam etdi: Öncül və yorulmaz lider olan Seyid Həsən Nəsrullah regional balanslarda əsaslı dəyişikliklər yarada bildi. Beynəlxalq münasibətlərin getdikcə mürəkkəbləşdiyi və çoxşaxəli xarakter aldığı müasir dünyada Şəhid Nəsrullah beynəlxalq münasibətləri və qüvvələr balansını dərindən dərk edərək müqaviməti regional və hətta qlobal bərabərliklərdə təsirli bir amilə çevirə bildi. O, böyük güclərdən asılı olmadan necə müqavimət göstərməyi, irəli getməyi və təsirli olmağı öyrətdi. 

Əraqçi əlavə etdi: Medianın yumşaq müharibənin əsas meydanına çevrildiyi bir dövrdə Şəhid Nəsrullah medianın gücünü bildiyi üçün fitnələri ifşa etmək və ictimai rəyi məlumatlandırmaqda müstəsna rol oynayıb. Yumşaq müharibəyə və təhrif olunmuş hekayələrə qarşı mübarizə müstəqil və məsuliyyətli media tələb edir. 

Əraqçi dedi: Qəsbçi, aparteid və uşaq qatili olan sionist rejim Qəzza və Livanda atəşkəsin yaradılmasına dair bütün plan və təklifləri rədd edərək, Fələstin və Livandakı cinayətlərini davam etdirir və təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət sionistlərin soyqırımını dayandıra bilməyib və ya onlar yalnız sionistlərin müharibə alovunu artırmasına və bütün regionda sabitliyi pozmaq cəhdlərinə tamaşa edirlər. Dünya bilməlidir ki, müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq. Gərginlik və qeyri-sabitlik başqa bölgələrə və hətta uzaqlara yayıla biləcək bir şeydir.