8 noyabr zəfər bayramı Təbrizdə qeyd olunub
(last modified Sat, 09 Nov 2024 12:33:11 GMT )
Noy 09, 2024 16:33 Asia/Baku
  • 8 noyabr zəfər bayramı Təbrizdə qeyd olunub

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda bu ölkənin işğal olunmuş ərazilərinin azad edilməsinin ildönümü günü münasibəti ilə iranlı və əcnəbi qonaqların iştirakı ilə mərasim keçirib.

Mərasimdə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edib. O 44 günlük müharibədə və Şuşanın azad edilməsində şəhidlərin igidliyini xatırlayıb.

Mərasimdə 44 günlük müharibə ilə bağlı video klip nümayiş etdirilib. İştirakçılar bu mövzuda təşkil olunan sərgiyə də baxış keçiriblər.

Qeyd edək ki, 2020-ci il Azərbaycan Respublikasının qələbəsi ilə nəticələnən 44 günlük müharibə əsnasında islam inqilabının aliməqam rəhbəri, iranlı din xadimləri və hökumət rəsmiləri Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin qeyd-şərtsiz olaraq Azərbaycana qaytarılmalı olduğunu vurğuladılar. Azərbaycan işğala son qoyduqdan dərhal sonra İran rəsmiləri bu ölkə xalqı və rəhbərliyini təbrik etdilər.