Qalibaf: Nəsrullahın şəhadəti sionistlərlə sazişin absurd olduğunu göstərdi
(last modified Sat, 09 Nov 2024 16:14:20 GMT )
Noy 09, 2024 20:14 Asia/Baku
  • Qalibaf: Nəsrullahın şəhadəti sionistlərlə sazişin absurd olduğunu göstərdi

İslam Şurası Məclisinin sədri deyib: "Seyid Həsən Nəsrullahın şəhadəti sionist cinayətkar dəstə ilə razılaşmanın mənasızlığını ortaya qoydu".

 

Məhəmməd Baqir Qalibaf Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinin qırxıncı günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib: "Mömin və mücahid Seyid Həsən Nəsrullahın şəhadəti onun və müqavimət cəbhəsi üçün məğlubiyyət sayılmır. Onun şəhadəti hər zamankından daha çox qatillərinin maskasını çıxardı və bu cinayətkar və şeytani dəstə ilə sazişin çirkinliyini və absurdluğunu ortaya qoydu". 

Qalibaf vurğulayıb: "Nəsrullah Əl-Əqsa Tufanı əməliyyatı başlayandan HƏMAS mücahidlərinin yanında oldu və inanırdı ki, sionistlərlə mübarizədən daha qanuni müharibə yoxdur".

İslam Şurası Məclisinin sədri daha sonra qeyd edib ki, Seyid Həsən Nəsrullah düşüncəli bir siyasətçi idi. O, gərgin münaqişə meydanda cihadçı və inqilabçı fəallığının ən yüksək səviyyəsində dini inancı və rasionallıq əsasında dnışırdı və əməl edirdi. Nəsrullah Livanın şiə icmasının oradakı digər tayfalar ilə daxili sinerji və birgəyaşayış əsasında təşkilatlanmasına çalışmışdır.

Qalibaf vurğulayıb ki, Hizbullah Seyid Abbas Musəvi və Seyid Həsən Nəsrullah kimi liderlərin şəhadəti ilə heç vaxt nə öz kökünü itirib, nə də ki, perspektivlərindən uzaqlaşıb. Hizbullahın yaradılmasının fəlsəfəsi zülm ilə mübarizə və məzlumu müdafiə etmək idi. Bunlar təkcə İslam təlimləri deyil, həm də insan vicdanına uyğundur.