Əraqçi: İran Amerika xalqının istədiyi prezidenti seçmək hüququna hörmət edir
Xarici İşlər naziri Amerika xalqının öz qərarını verdiyini bildirərək əlavə edib: “İran Amerika xalqının istədiyi prezidenti seçmək hüququna hörmət edir. Qarşıdakı yol da “seçim”dir və bu seçim “hörmətlə” başlayır.”
Seyid Abbas Əraqçi 9 noyabr şənbə günü X sosial şəbəkəsində yazıb: “Prezidentimizin andiçmə mərasimindən dərhal sonra İsmayıl Həniyyənin terror edilməsini xatırlayırsınızmı? Bunu kimin və nə üçün etdiyini hamı bilir.”
Xarici İşlər naziri əlavə edib: “İndi növbəti seçki ilə eyni məqsədlə yeni ssenari yaradılıb. Təbii ki, reallıqda qatil olmadığı üçün ssenaristlər bayağı komediya çəkiblər. Hansı ağıllı insan güman edilən qatilin İranda oturub FBI ilə onlayn danışmasına inanar?”
“Burada nəzərə alınmalı bəzi faktlar var:
Amerika xalqı öz qərarını verdi və İran onların istədikləri prezidenti seçmək hüququna hörmət edir. Qarşıdakı yol da “seçim”dir və bu seçim “hörmətlə” başlayır.
İran nüvə silahı ardınca deyil, bitdi! Bu siyasət İslam təlimlərinə və bizim təhlükəsizlik hesablamalarımıza əsaslanır. Qarşılıqlı inam lazımdır. Bu birtərəfli küçə deyil” - Əraqçi qeyd edib.