İran sionist rejimin Dəməşqin Zeynəbiyyə rayonunda yaşayış binasına hücumunu kəskin şəkildə pisləyib
https://parstoday.ir/azeri/news/iran-i8490-İran_sionist_rejimin_dəməşqin_zeynəbiyyə_rayonunda_yaşayış_binasına_hücumunu_kəskin_şəkildə_pisləyib
Xarici İşlər Nazirliyinin sözçüsü bu gün (bazar günü) sionist rejimin Dəməşqin Zeynəbiyyə rayonunda bir yaşayış binasına təcavüzkar hücumunu və çoxlu sayda Suriya vətəndaşının şəhadəti və yaralanması ilə nəticələnən təcavüzünü kəskin pisləyib.
(last modified 2024-11-12T03:14:37+00:00 )
Noy 11, 2024 07:30 Asia/Baku
  • İran sionist rejimin Dəməşqin Zeynəbiyyə rayonunda yaşayış binasına hücumunu kəskin şəkildə pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü bu gün (bazar günü) sionist rejimin Dəməşqin Zeynəbiyyə rayonunda bir yaşayış binasına təcavüzkar hücumunu və çoxlu sayda Suriya vətəndaşının şəhadəti və yaralanması ilə nəticələnən təcavüzünü kəskin pisləyib.

 

İsmayıl Bəqai 2024-cü il noyabrın 10-u bazar günü gecə işğalçı rejimin Suriya Ərəb Respublikasının ərazi bütövlüyü və milli suverenliyinə qarşı hərbi hücumlarının təkrarlanmasına, bu rejimin Qəzzada soyqırımı və Livana təcavüzünə toxunaraq, sionist rejimin cinayətlərinin davam etməsi ABŞ və bəzi digər Avropa ölkələrinin qeyd-şərtsiz dəstəyinin nəticəsi olduğunu bildirib və bu hökumətləri rejimin soyqırımı və hərbi cinayətlərində şərik kimi qiymətləndirib.O, fələstinlilərin soyqırımı və sionist rejimin Livan və Suriyaya qarşı davamlı təcavüzü ilə bağlı müvafiq beynəlxalq qurumların fəaliyyətsizliyini pisləyərək, beynəlxalq ictimaiyyətdən sionist rejimə qarşı əməli və təsirli tədbirlər görməsini, o cümlədən bu rejimə silah embarqosu tətbiq edilməsini, BMT-dən çıxarılmasını və bu rejim rəhbərlərinin mühakimə olunaraq cəzalandırılmasını tələb edib.