Livan hökuməti və müqavimətinin qərarını himayə edirik
(last modified Sat, 16 Nov 2024 13:32:55 GMT )
Noy 16, 2024 17:32 Asia/Baku
  • Livan hökuməti və müqavimətinin qərarını himayə edirik

İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Beyrutda keçirdiyi mətbuat konfransında deyib ki: "Livan hökuməti və müqavimətinin qəbul edəcəkləri hər bir qərarı himayə edəcəyik"

 

  Əli Laricani bu mətbuat konfransında sonra belə vurğulayıb: "Dostlarınız və düşmənlərinizi tanıyın. Biz problemləri həll etmək istəyirik. Məsələni qarışdıranlar, Netanyahu və onun dəstəsidir"

Biz Livan xalqını və onun istəklərini himayə etməyi özümüzə borc bilirik. Bu ölkənin şəraitinin tez bir zamanda yaxşılaşacağına və cənub bölgələrindən digər bölgələrə getməyə məcbur qalmış əziz insanların öz evlərinə qayıda biləcəklərinə ümid edirik- deyə, Laricani bildirib.