İran Müdafiə Naziri Dəməşqə səfər edib
(last modified Sun, 17 Nov 2024 10:59:20 GMT )
Noy 17, 2024 14:59 Asia/Baku
  • İran Müdafiə Naziri Dəməşqə səfər edib

Qeyd edək ki, iki gün bundan öncə Ali Rəhbərin siyasi məsələlər üzrə müşaviri Əli Laricani Suriya və Livana səfər etmişdi

 

  Suriyada səfərdə olan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə ،Tehran və Dəməşq arasında əlaqələrin inkişaf etdiyini və Suriyanın İranın xarici siyasətində strateji rol oynasığını bildirib.

Briqada generalı Dəməşqə daxil olarkən, jurnalistlərə verdiyi açıqlamada deyib: “Suriya İranın xarici siyasətində strateji rol oynayır, ona görə də suriyalı həmkarım Əli Mahmud Abbasın dəvəti ilə Dəməşqə səfər etdim.

O, bu səfərdə yüksək səviyyəli Suriya rəsmiləri ilə görüşəcəyini və müdafiə və təhlükəsizlik əlaqələrinin gücləndirilməsinə dair danışıqlar aparacağını vurğulayıb.

Qeyd edək ki, cümə axşamı İranın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma  Xameneinin baş müşaviri Əli Laricani də yüksək rütbəli nümayəndə heyətinin başında Suriyaya səfər etmişdi.