İnqilabın Ali Rəhbəri: Xarici əllər İranla qonşuları arasında problem yaratmaqda fəaldırlar
https://parstoday.ir/azeri/news/iran-i86-İnqilabın_ali_rəhbəri_xarici_əllər_İranla_qonşuları_arasında_problem_yaratmaqda_fəaldırlar
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın bir çox və bəzən də mühüm və nüfuzlu ölkələrlə uzun sərhədlərinə toxunaraq deyib: Xarici əllər İran və qonşuları arasında problemlər yaratmaqda fəaldırlar ona görə bu siyasətin həyata keçirilməsinə imkan verilməməlidir.
(last modified 2026-08-01T08:46:57+00:00 )
May 20, 2023 12:36 Asia/Baku
  • İnqilabın Ali Rəhbəri: Xarici əllər İranla qonşuları arasında problem yaratmaqda fəaldırlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın bir çox və bəzən də mühüm və nüfuzlu ölkələrlə uzun sərhədlərinə toxunaraq deyib: Xarici əllər İran və qonşuları arasında problemlər yaratmaqda fəaldırlar ona görə bu siyasətin həyata keçirilməsinə imkan verilməməlidir.

Müəzzəm Rəhbərin Aparatının informasiya portalının məlumatına görə, Həzrət Ayətullah Xamənei bu gün (şənbə) İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri və səfirləriniqəbulu zamanı bütün İslam ölkələri ilə  uzaqda olsalar da əlaqə siyasəti eləcədə eyni fikirə malik və dost ölkələrlə münasibət siyasətinin  mühüm əhəmiyyət kəsb etdiyini bəyan edərək sözlərinə əlavə ediblər: bu gün dünyanın bəzi böyük və mühüm dövlətlərinin bir sıra məsələlər və beynalxalq siyasətin əsas istiqamətləri üzrə İran İslam Respublikası ilə əməkdaşlığı və koordinasiyası misli görünməmiş bir fenomendir və biz bu fürsəti dəyərləndirməli və həmin ölkələrlə əlaqələri gücləndirməliyik.

İnqilabın Ali Məqamlı Rəhbəri səfirlərin görüşündə hazırkı dünya düzənindəki transformasiya və bu mövzunun dünya ədəbiyyatında tez-tez təkrarlanması ilə bağlı məsələyə toxunaraq bildirib ki, dünya düzənindəki transformasiya uzunmüddətli, təlatümlü və gözlənilməz mümkün hadisələrdən təsirlənir və müxtəlif ölkələrin  buna dair fərqli fikirlər və ziddiyyətli yanaşmaları vardır.

Həzrət Ayətullah Xamənei uğurlu xarici siyasətin meyar və göstəricilərinin izahında , “hörmət” yalvarmaq diplomatiyasından çəkinmək , “hikmət” hikmətli və hesablanmış qarşılıqlı əlaqə və fəaliyyətlər, “məsləhət” isə çətin maneələri keçərək yola davam etmək üçün çeviklikdir deyə  bunları  İran diplomatiyasında üç əsas açar söz olduğunu söylədilər.

İnqilabın ali lideri  qarşı tərəflərə yersiz etimadın göstərilməməsini hikmətin başqa bir cəhət olduğunu bildirərək sözlərəinə əlavə ediblər: əlbəttə ki, siyasət aləmində hər bir söz yalan sayılmamalıdır; Çünki dürüst və məqbul sözlər var, amma bütün sözlərə inanmaq lazım deyil.

Həzrət Ayətullah Xamenei uğurlu xarici siyasəti xarakterizə edən 6 qaydanı belə şərh etmişdir : “Ölkənin müxtəlif məsələlərə yanaşmalarının məntiqini inandırıcı şəkildə izah etmək bacarığı”, “Müxtəlif siyasi-iqtisadi hadisələr və fenomenlərdə təsirli və istiqamətləndirici iştirak etmək, ”, “İrana qarşı təhdidedici qərarlar və siyasətlərin azaldılması və aradan qaldırılması”, “Təhlükəli mərkəzlərin zəiflədilməsi”, “İranla müttəfiq olan hökumətlərin və qrupların gücləndirilməsi və ölkənin strateji dərinliyinin inkişaf etdirilməsi” və “regional və qlobal qərarlar və tədbirlərdə gzili qərarlar və addımları ayırd etmək gücü”.