Təxt Rəvançi İrana qarşı “maksimum təzyiq siyasətinin” uğursuzluğunu vurğulayıb
(last modified Mon, 18 Nov 2024 08:45:24 GMT )
Noy 18, 2024 12:45 Asia/Baku
  • Təxt Rəvançi İrana qarşı “maksimum təzyiq siyasətinin” uğursuzluğunu vurğulayıb

“Financial Times” qəzetinə müsahibə verən İranın xarici işlər nazirinin müavini Tehranın ABŞ-ın növbəti hökuməti ilə danışıqlar üçün qapını açıq saxladığını bildirib və vurğulayıb: Tehrana qarşı “maksimum təzyiq” tətbiq etmək cəhdi uğursuzluqla nəticələnəcək.

 

Məcid Təxt Rəvançi bu ingilis qəzetinə verdiyi müsahibədə İranın Donald Tramp administrasiyası ilə danışıqlar üçün qapını açıq saxladığına işarə edərək, Vaşinqtonun “maksimum təzyiq” siyasətini yenidən tətbiq etmək və İrandan güzəşt əldə etmək cəhdinin uğursuzluğa düçar olacağı barədə xəbərdarlıq edib.İranın xarici işlər nazirinin siyasi işlər üzrə müavini Financial Times qəzetinə deyib ki, Tehranın nüvə proqramı ilə bağlı İran və Qərb arasında uzun müddətdir davam edən çıxılmaz vəziyyətin həllində təhdid və hədə-qorxu təsirsiz olacaq.O, daha sonra deyib: Birgə Hərtərəfli Fəaliyyət Planı hələ də danışıqların əsası ola bilər və onu yeniləməklə yeni reallıqları əks etdirə bilər. Dəfələrlə bildirmişik ki, əgər digər tərəflər öz öhdəliklərini bərpa etsələr, biz də buna hazırıq.O əlavə etdi: Biz (həmin razılaşma ilə) sübut etdiyimiz kimi danışıqların tərəfdarıyıq. Bəs keçmişdə danışıqları kim iflasa uğratdı? Danışıqlar aparmaq istəməyən Tramp administrasiyası idi.Təxt Rəvançi həmçinin xəbərdarlıq edib ki, Tramp yenidən sərt yanaşmaya başlasa, “maksimum təzyiq maksimum müqavimətlə qarşılanacaq”.Təxt Rəvançi Trampın ikinci administrasiyasında İrana qarşı daha sərt neft sanksiyalarının mümkünlüyü ilə bağlı deyib: Müəyyən dəyişikliklər baş verə bilsə də, əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq. Əgər Tramp administrasiyası yenidən neft bazarına təzyiqi məhdudlaşdırmaq siyasəti yürütmək qərarına gəlsə, şübhəsiz ki, uğursuzluğa düçar olacaq. Müasir dünyada heç bir ölkə öz şərtlərini bütün dünya birliyinə diktə edə bilməz.