Ərdoğan: Biz hava məkanımızı İsrailə açmayacağıq
Noy 20, 2024 11:17 Asia/Baku
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatlarında vurğulayıb ki, biz İsrail üçün hava məkanımızın açılmasına icazə verməyəcəyik.
Ərdoğan əlavə edib: Bütün daxili tənqidlərə baxmayaraq, Türkiyənin İsrail rejimi ilə iş əlaqələrini kəsdik.
O, deyib: Qəzza zolağına humanitar yardım göndərməyə davam edirik və bütün müttəfiqlərimizdən də bunu etməyi xahiş edirik.
Ərdoğan əlavə edib: İsrail Qəzza zolağında törədilən soyqırımın bədəlini ödəyəcək və buna görə Türkiyə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində bu rejimə qarşı şikayətinə qoşulub.
Teqlər