İranla OPEC fondu arasında əməkdaşlıq genişlənir
(last modified Mon, 25 Nov 2024 14:45:21 GMT )
Noy 25, 2024 18:45 Asia/Baku
  • İranla OPEC fondu arasında əməkdaşlıq genişlənir

 28-ci Dünya İnvestisiya Sammitində iştirak etmək üçün Ər-Riyada səfər edən İqtisadiyyat və Maliyyə naziri OPEK Fondunun sədri Əbdülhəmid əl- Xəlifə ilə görüşüb və hər iki tərəf əməkdaşlığın genişləndirilməsini vurğulayıb.

 

Əbdülnasir Himməti bu görüşdə İranın bu fonddakı rolunun genişləndirilməsinə diqqət çəkib.İqtisadiyyat naziri deyib: “OPEK fondunu İran şirkətlərinə daha çox tanıtmaq üçün seminar keçirmək zəruridir. İran podratçılarının fond layihələrində iştirakı çox səmərəli və texniki olacaq.”Himməti həmçinin qeyd edib ki, OPEC fondunun rəhbəri və ekspertlərinin İranda olmasını alqışlayırıq.İranın OPEC fondu qarşısında öhdəliklərini yerinə yetirməsi ölkəmizin İqtisadiyyat və Maliyyə nazirinin bu görüşdə vurğuladığı məsələ olub.Bu görüşdə OPEC fondunun sədri Əbdülhəmid əl-Xəlifə də bəyan edib: “İran OPEK-in ən dəyərli üzv ölkələrindən biridir və İranın bu fondda olması bu ölkənin dəyərlərini qat-qat artırıb.”