Naftali Bennett: Hizbullahla hazırkı razılaşma diplomatik və təhlükəsizlik baxımından tamamilə uğursuzluqdur
https://parstoday.ir/azeri/news/iran-i8738-naftali_bennett_hizbullahla_hazırkı_razılaşma_diplomatik_və_təhlükəsizlik_baxımından_tamamilə_uğursuzluqdur
Sionist rejimin keçmiş baş naziri Naftali Bennett Netanyahunun təhlükəsizlik kabinetində təsdiqlənməsi gözlənilən Hizbullah ilə atəşkəs razılaşmasını sərt şəkildə tənqid edib.
(last modified 2024-11-27T02:24:05+00:00 )
Noy 26, 2024 15:17 Asia/Baku
  • Naftali Bennett: Hizbullahla hazırkı razılaşma diplomatik və təhlükəsizlik baxımından tamamilə uğursuzluqdur

Sionist rejimin keçmiş baş naziri Naftali Bennett Netanyahunun təhlükəsizlik kabinetində təsdiqlənməsi gözlənilən Hizbullah ilə atəşkəs razılaşmasını sərt şəkildə tənqid edib.

 

Naftali Bennett deyib ki, bu razılaşma Hizbullahın İsrailə hücumunun qarşısını ala bilməz və bunu "tam diplomatik-təhlükəsizlik uğursuzluğu" kimi qiymətləndirib.

 

Bennet açıqlamasında Livanda bufer zonasının yaradılmamasını tənqid edib və bildirib ki, Hizbullah sərhəd məntəqələrində təşkilatlar yaradaraq, onlardan "şimali İsrail"ə (İşğal olunmuş Fələstinə) hücum etmək üçün istifadə edə biləcək.