Qubernatorlar Şurasının İran əleyhinə çıxardığı qətnamənin heç bir hüquqi əsası yoxdur
https://parstoday.ir/azeri/news/iran-i8750-qubernatorlar_Şurasının_İran_əleyhinə_çıxardığı_qətnamənin_heç_bir_hüquqi_əsası_yoxdur
Prezidentin strateji işlər üzrə müavini Qubernatorlar Şurasının İran əleyhinə qəbul etdiyi qərarın hüquqi baxımdan əsassız olduğunu bildirərək dedi: Avropa və Amerika bilməlidir ki, onlar iddiaçı mövqedə deyillər, cavabdeh olmalıdırlar, yalnız tarazlıq və bərabər mövqe yaratmaqla razılaşa bilərik.
(last modified 2024-11-28T06:25:18+00:00 )
Noy 27, 2024 11:05 Asia/Baku
  • Qubernatorlar Şurasının İran əleyhinə çıxardığı qətnamənin heç bir hüquqi əsası yoxdur

Prezidentin strateji işlər üzrə müavini Qubernatorlar Şurasının İran əleyhinə qəbul etdiyi qərarın hüquqi baxımdan əsassız olduğunu bildirərək dedi: Avropa və Amerika bilməlidir ki, onlar iddiaçı mövqedə deyillər, cavabdeh olmalıdırlar, yalnız tarazlıq və bərabər mövqe yaratmaqla razılaşa bilərik.

 

Prezidentin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifin İRNA-nın siyasi müxbirinə cümə günü İranın xarici işlər nazirlərinin müavinləri ilə Avropa ölkələri arasında danışıqların başlaması ilə bağlı verdiyi eksklüziv müsahibədə deyib: Dialoq həmişə irəliyə doğru yol ola bilər. Hərçənd qarşı tərəf (Avropa İttifaqı) üstünlük mövqeyindən və universallıq mərkəzindən uzaqlaşdırılmalıdır. Avropalılar əslində norma yönümlü deyillər, görün sionist rejimin Fələstin, Qəzza və Livandakı cinayətlərinə necə yanaşırlar, ona görə də, özlərini dünya üçün normalar təyin edən mərkəz hesab edəcək vəziyyətdə deyillər. Onlar öz dedikləri kimi, mindikləri “hündür atdan” enib dünyaya bərabər davranmalı və bilməlidirlər ki, kimsə məsuliyyət daşıyacaqsa, o da özləridir. 

Zərif əlavə edib: İran Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmayıb, İran hələ də BHFP-na əməl etməyə hazır olduğunu bəyan edib, İran BHFP çərçivəsində hərəkət edib, lakin Amerika BHFP-dan çıxıb və üzərinə götürdüyü öhdəlikləri pozub. 

Strateji məsələlər üzrə prezident müavini davam etdi: Biz beynəlxalq aləmdə görünməmiş bir vəziyyətin şahidi oluruq, özünü Təhlükəsizlik Şurasının daimi üzvü hesab edən hökumət bu şuranın qətnaməsinə əməl edən ölkəni cəzalandırır. 

O, aydınlaşdırdı: Onlar da Amerikaya qoşuldular. Əvvəldə onlar bildiriş və bəyanatlarda Amerikaya qarşı çıxdılar, lakin heç bir tədbir görmədilər. Avropanın İran qarşısında öhdəlikləri ABŞ-ın öhdəliklərini yerinə yetirməsindən deyil, İranın öhdəliklərini yerinə yetirməsindən asılı idi. Bir il ərzində Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ-ın BHFP-dan çıxmasına və bütün öhdəliklərini pozmasına baxmayaraq, İranın bütün öhdəliklərini yerinə yetirdiyini bildirdi və təsdiq etdi. 

Zərif qeyd edib: Avropalılar nəinki BHFP-da öz öhdəliklərini yerinə yetirmədilər, həm də Amerikanın BHFP-dan çıxmasından sonra üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər.