Rusiya: Bəşər Əsədi dəstəkləməyə davam edirik; Kremlin Trampın BRİKS təhlükəsinə cavabı
https://parstoday.ir/azeri/news/iran-i8834-rusiya_bəşər_Əsədi_dəstəkləməyə_davam_edirik_kremlin_trampın_brİks_təhlükəsinə_cavabı
Kremlin sözçüsü Suriyadakı son hadisələrə və bu ölkənin bəzi bölgələrində terrorçu qrupların hərəkətlərinə toxunaraq bildirib: “Rusiya Suriya Prezidenti Bəşər Əsədə dəstəyini davam etdirir.”
(last modified 2024-12-02T09:06:57+00:00 )
Dek 02, 2024 13:06 Asia/Baku
  • Rusiya: Bəşər Əsədi dəstəkləməyə davam edirik; Kremlin Trampın BRİKS təhlükəsinə cavabı

Kremlin sözçüsü Suriyadakı son hadisələrə və bu ölkənin bəzi bölgələrində terrorçu qrupların hərəkətlərinə toxunaraq bildirib: “Rusiya Suriya Prezidenti Bəşər Əsədə dəstəyini davam etdirir.”

 

Dimitri Peskov 2 dekabr bazar ertəsi mətbuat konfransında əlavə edib: “Rusiya Suriyadakı vəziyyəti təhlil edir və vəziyyəti sabitləşdirmək üçün nəyin lazım olduğuna dair mövqe formalaşdıracaq.”“Bununla bağlı müvafiq səviyyələrdə əlaqələrimizi davam etdiririk” - deyə, Peskov qeyd edib.Eyni kontekstdə, TASS xəbər agentliyi, bazar ertəsi Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rodenko jurnalistlərə deyib: “Hazırda bütün əsas oyunçularla (Suriyadakı vəziyyətlə bağlı), o cümlədən İran və Türkiyə təmsilçiləri ilə sıx və müntəzəm əlaqələrimiz var.”Rusiya Xarici İşlər nazirinin müavini Suriya probleminin həlli ilə bağlı üçtərəfli görüşlərin perspektivi ilə bağlı deyib: “Belə bir görüşü istisna etmək olmaz.”