İranın sülhməramlı nüvə fəaliyyəti texniki ehtiyaclara əsaslanır və BAEA-nın nəzarəti altındadır
https://parstoday.ir/azeri/news/iran-i8930-İranın_sülhməramlı_nüvə_fəaliyyəti_texniki_ehtiyaclara_əsaslanır_və_baea_nın_nəzarəti_altındadır
Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlərin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktorunun İranın 60% saflıqda zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətinin artması ilə bağlı açıqlamalarına dair sualına cavab olaraq deyib: “Cənab Qrossinin sözləri üç Avropa ölkəsi və ABŞ-ın Direktorlar Şurasında qarşıdurma və qeyri-konstruktiv fəaliyyətinə aiddir, hansı ki, onlar heç bir məntiqi və hüquqi əsas olmadan İrana qarşı qətnamə təklif etdilər və təsdiq etdilər.”
(last modified 2024-12-10T03:32:55+00:00 )
Dek 08, 2024 04:42 Asia/Baku
  • İranın sülhməramlı nüvə fəaliyyəti texniki ehtiyaclara əsaslanır və BAEA-nın nəzarəti altındadır

Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlərin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktorunun İranın 60% saflıqda zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətinin artması ilə bağlı açıqlamalarına dair sualına cavab olaraq deyib: “Cənab Qrossinin sözləri üç Avropa ölkəsi və ABŞ-ın Direktorlar Şurasında qarşıdurma və qeyri-konstruktiv fəaliyyətinə aiddir, hansı ki, onlar heç bir məntiqi və hüquqi əsas olmadan İrana qarşı qətnamə təklif etdilər və təsdiq etdilər.”

 

Qrossinin Tehrana səfərini və İran ilə agentlik arasında texniki əməkdaşlığı gücləndirmək üçün əldə olunan anlaşmaları xatırladan Bəqai deyib: “Cənab Qrossi bəzi təşəbbüslərlə İrana gəlmişdi, amma məhz bu üç Avropa ölkəsi və ABŞ Direktorlar Şurasının təzyiq və sui-istifadə siyasətini davam etdirməklə Baş direktorun səylərinin nəticəsiz qalmasına səbəb oldu.”

Mətbuat katibi İranın dinc nüvə proqramının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Əhatəli Təminatlar Müqaviləsi çərçivəsində tamamilə şəffaf şəkildə və MAQATE-nin nəzarəti altında izləndiyinə diqqət çəkərək vurğulayıb: “Son fəaliyyətlər də Beynəlxalq Atom Enerjisi Agentliyinə ətraflı məlumat verilməklə həyata keçirilib və onun daimi nəzarəti altındadır.”