İran və BƏƏ xarici işlər nazirləri arasında telefon danışığı
https://parstoday.ir/azeri/news/iran-i8988-İran_və_bƏƏ_xarici_işlər_nazirləri_arasında_telefon_danışığı
Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Xarici İşlər naziri Abdullah bin Zayed Ali-Nəhyan cümə axşamı günortadan sonra telefon danışığında Suriya ilə bağlı regional hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Dek 13, 2024 05:22 Asia/Baku
  • İran və BƏƏ xarici işlər nazirləri arasında telefon danışığı

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Xarici İşlər naziri Abdullah bin Zayed Ali-Nəhyan cümə axşamı günortadan sonra telefon danışığında Suriya ilə bağlı regional hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.

Bu söhbətdə tərəflər Suriyadakı yeni vəziyyətə diqqət yetiriblər, Suriyanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının, bu ölkənin təhlükəsizliyinin və sabitliyinin qorunmasının zəruriliyini vurğulayıblar. İki ölkə nazirləri həmçinin sionist rejimin Suriyaya qurudan və havadan hücumlarının dayandırılmasını zəruri hesab ediblər.

 

Bu söhbətdə regional sülhün və sabitliyin qorunmasının, hazırkı həssas vəziyyətdə region ölkələri arasında dostluq və əməkdaşlıq mühitini pozmaq üçün təxribat xarakterli hərəkətlərdən çəkinməyin vacibliyi müzakirə edilib və fikir mübadiləsi aparılıb.