Əraqçi və Belarus Xarici İşlər nazirinin müavini beynəlxalq təhlükəsizliyə yardımın vacibliyini vurğulayıblar
https://parstoday.ir/azeri/news/iran-i9042-Əraqçi_və_belarus_xarici_İşlər_nazirinin_müavini_beynəlxalq_təhlükəsizliyə_yardımın_vacibliyini_vurğulayıblar
Ölkəmizin Xarici İşlər naziri Belarus Xarici İşlər nazirinin müavini ilə görüşdə iki ölkənin beynəlxalq sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə köməklik göstərdiyi səyləri vurğulayıb.
(last modified 2024-12-18T04:26:59+00:00 )
Dek 17, 2024 17:23 Asia/Baku
  • Əraqçi və Belarus Xarici İşlər nazirinin müavini beynəlxalq təhlükəsizliyə yardımın vacibliyini vurğulayıblar

Ölkəmizin Xarici İşlər naziri Belarus Xarici İşlər nazirinin müavini ilə görüşdə iki ölkənin beynəlxalq sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə köməklik göstərdiyi səyləri vurğulayıb.

 

İran İslam Respublikasının rəsmiləri ilə ikitərəfli münasibətlər və regional hadisələrlə bağlı siyasi məsləhətləşmələr aparmaq üçün Tehrana səfər edən Belarus Xarici İşlər nazirinin birinci müavini Lukaşeviç çərşənbə axşamı günortadan sonra Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb və müzakirə aparıb.

 

Bu görüşdə Lukaşeviç İran və Belarus arasında dostluq münasibətlərinə toxunaraq, iki ölkə arasında əlaqələri inkişaf etdirmək, regional və beynəlxalq problemlərin həllinə kömək etmək üçün ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.