Bəqai: Kanada başqalarını günahlandırmaq əvəzinə öz hərəkətlərini düzəltsin
https://parstoday.ir/azeri/news/iran-i9056-bəqai_kanada_başqalarını_günahlandırmaq_əvəzinə_öz_hərəkətlərini_düzəltsin
Xarici İşlər Nazirliyinin mətbuat katibi Kanada rəsmilərindən başqalarını ittiham etmək əvəzinə öz hərəkətlərini düzəltməyi və İsrailin Fələstinə qarşı hərbi cinayətlərində şərik olduqlarına görə cavab vermələrini istəyib.
(last modified 2024-12-21T07:00:01+00:00 )
Dek 18, 2024 17:45 Asia/Baku
  • Bəqai: Kanada başqalarını günahlandırmaq əvəzinə öz hərəkətlərini düzəltsin

Xarici İşlər Nazirliyinin mətbuat katibi Kanada rəsmilərindən başqalarını ittiham etmək əvəzinə öz hərəkətlərini düzəltməyi və İsrailin Fələstinə qarşı hərbi cinayətlərində şərik olduqlarına görə cavab vermələrini istəyib.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai BMT Baş Assambleyasında İran İslam Respublikasında insan haqlarının vəziyyəti ilə bağlı qətnaməyə münasibət bildirərək, Kanadanın bəzi qərb ölkələrinin dəstəyi, yalan məlumat və ümumiləşdirmələrə söykənən əsassız iddialarının təkrarlanması ilə qəbul edilən qətnamənin heç bir hüquqi əsası olmadığını qeyd edib və bu qətnaməni rədd edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikasının konstitusiya və müvafiq qanunlar, həmçinin İslam dininin standartlarına uyğun olaraq, hüquqi və dini əxlaqi zərurət kimi insan haqlarını qorumaq və onlara hörmət etmək səylərini vurğulayaraq bildirib ki, İran bu sahədə heç bir səyini əsirgəmir.