Vyetnam Müdafiə Sərgisi 2024-də İranın müdafiə nailiyyətləri dünyaya nümayiş etdirilir
https://parstoday.ir/azeri/news/iran-i9058-vyetnam_müdafiə_sərgisi_2024_də_İranın_müdafiə_nailiyyətləri_dünyaya_nümayiş_etdirilir
Dekabrın 19-dan 22-dək Hanoyda keçiriləcək Vyetnam Beynəlxalq Müdafiə Sərgisi 2024-də İran İslam Respublikası da iştirak edir.
(last modified 2024-12-21T07:00:01+00:00 )
Dek 19, 2024 08:07 Asia/Baku
  • Vyetnam Müdafiə Sərgisi 2024-də İranın müdafiə nailiyyətləri dünyaya nümayiş etdirilir

Dekabrın 19-dan 22-dək Hanoyda keçiriləcək Vyetnam Beynəlxalq Müdafiə Sərgisi 2024-də İran İslam Respublikası da iştirak edir.

 

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sənaye və tədqiqat işləri nazirinin müavini General Seyid Mehdi Fərəhinin başçılıq etdiyi İran İslam Respublikasının nümayəndə heyəti bu gün, cümə axşamı günü Vyetnamın Baş naziri Fam Min Çin və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən sərginin açılış mərasimində iştirak edib

İranın bu tədbirdə iştirakı müdafiə və təhlükəsizlik texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək imkanı yaratmaqla yanaşı, ölkənin müdafiə sənayesinin yüksək imkanlarını və qabaqcıl İran texnologiya və avadanlıqlarını dünyaya tanıtmaq istəyini göstərir.