İslami: Nüvə qabiliyyəti təhlükə deyil, inkişaf və özünü təmin etmək üçün fürsətdir
https://parstoday.ir/azeri/news/iran-i9068-İslami_nüvə_qabiliyyəti_təhlükə_deyil_inkişaf_və_özünü_təmin_etmək_üçün_fürsətdir
 İranın Atom Enerjisi Təşkilatının sədri deyib: “Nüvə qabiliyyəti təhdid deyil, əksinə, ölkənin inkişafı və özünü təmin etməsi üçün strateji fürsət sayılır.”
(last modified 2024-12-21T06:29:48+00:00 )
Dek 19, 2024 15:28 Asia/Baku
  • İslami: Nüvə qabiliyyəti təhlükə deyil, inkişaf və özünü təmin etmək üçün fürsətdir

 İranın Atom Enerjisi Təşkilatının sədri deyib: “Nüvə qabiliyyəti təhdid deyil, əksinə, ölkənin inkişafı və özünü təmin etməsi üçün strateji fürsət sayılır.”

 

Məhəmməd İslami İranın sülhməramlı nüvə proqramına qarşı sanksiyaların məqsədlərinə toxunaraq deyib: “Bilməliyik ki, elm güc, iqtidar və hökmranlıqdır. Tarixdə iranlılar həmişə elm və texnologiyanın istehsalçısı və yaradıcısı olublar. İranlıların qüdrəti ölkəni fəth etməkdə deyil, elmdə və elmi kəşflərdəki təsirlərinə əsaslanıb. Ölkədə müstəmləkəçiliyin hökm sürdüyü iki əsrdə ölkə elmdə özünə inam və liderlik gücündən geri qalıb, idxalçı və tabeçi olub.”