WhatsApp və Google Play-ın filtrləri aradan qaldırıldı
https://parstoday.ir/azeri/news/iran-i9156-whatsapp_və_google_play_ın_filtrləri_aradan_qaldırıldı
Kiberməkan Ali Şurasının bugünkü (çərşənbə axşamı) iclasında üzvlər müzakirə və araşdırmalardan sonra kiberməkanda qanunun aliliyinin vacibliyini vurğulamaqla yanaşı, yekdilliklə bəzi geniş istifadə olunan xarici platformalara, o cümlədən WhatsApp və Google Play-ə girişə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının lehinə səs veriblər.
(last modified 2024-12-26T05:59:45+00:00 )
Dek 25, 2024 11:01 Asia/Baku
  • WhatsApp və Google Play-ın filtrləri aradan qaldırıldı

Kiberməkan Ali Şurasının bugünkü (çərşənbə axşamı) iclasında üzvlər müzakirə və araşdırmalardan sonra kiberməkanda qanunun aliliyinin vacibliyini vurğulamaqla yanaşı, yekdilliklə bəzi geniş istifadə olunan xarici platformalara, o cümlədən WhatsApp və Google Play-ə girişə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının lehinə səs veriblər.

 

Kiber Məkan Ali Şurasının yüz dördüncü iclası bu gün, dekabrın 4-də üç sistemin (Hökumət, Məhkəmə Sistemi və İslami Şura Məclisi) başçıları, nazirlərin və ölkənin Kiber Məkan Ali Şurasının üzvlərinin iştirakı ilə keçirilib. Bu iclasda bloklama siyasətinə yenidən baxılması məsələsi yenidən gündəmə gətirilib, qurumların rəyləri təqdim edildikdən sonra bu iclasda araşdırılıb.