Əmir-Abdullahian Bakıda Türkiyənin xarici işlər naziri ilə görüşüb
https://parstoday.ir/azeri/news/iran-i916-Əmir_abdullahian_bakıda_türkiyənin_xarici_işlər_naziri_ilə_görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində türkiyəli həmkarı ilə görüşüb, söhbət edib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 05, 2023 08:13 Asia/Baku
  •  Əmir-Abdullahian Bakıda Türkiyənin xarici işlər naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində türkiyəli həmkarı ilə görüşüb, söhbət edib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün dünən axşam (çərşənbə axşamı) Azərbaycana səfər edib.

Bununla əlaqədar olaraq, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

Görüş çərçivəsində Əmir-Abdullahian Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu, Hakan Fidanın Türkiyənin yeni xarici işlər naziri təyin edilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür.

İran İslam Respublikasının XIN rəhbəri görüş çərçivəsində nikaraqualı həmkarı Denis Moncada ilə də qısa söhbət edib.