İran səfiri: Omanın xarici işlər naziri tezliklə Tehrana gələcək
https://parstoday.ir/azeri/news/iran-i9216-İran_səfiri_omanın_xarici_işlər_naziri_tezliklə_tehrana_gələcək
İran İslam Respublikasının Omandakı səfiri Oman Sultanlığının xarici işlər nazirinin Tehrana səfərinin gözlənildiyini açıqlayıb.
(last modified 2024-12-30T07:02:30+00:00 )
Dek 29, 2024 10:17 Asia/Baku
  • İran səfiri: Omanın xarici işlər naziri tezliklə Tehrana gələcək

İran İslam Respublikasının Omandakı səfiri Oman Sultanlığının xarici işlər nazirinin Tehrana səfərinin gözlənildiyini açıqlayıb.

 

İranın Omandakı səfiri Musa Fərhəng X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: Yeni il ərəfəsində və regional hadisələrin qızğın çağında Oman Sultanlığının xarici işlər nazirinin Tehrana səfəri ilə tezliklə Tehran-Məsqət münasibətlərinin yeni mərhələsinin və İran və onun qonşuları arasında regional əməkdaşlığın yeni mərhələsinin şahidi olacağıq. İran və Oman, etimad və dürüstlüyə əsaslanan yaxşı münasibətlər modelidir.