İranlı yeniyetmə Asiyanın ən yaxşı boksçusu olub
(last modified Sun, 29 Dec 2024 09:57:10 GMT )
Dek 29, 2024 13:57 Asia/Baku
  • İranlı yeniyetmə Asiyanın ən yaxşı boksçusu olub

Ölkəmizin uğurlu boksçusu və Asiya çempionatının qızıl medalının sahibi yetkinlik yaşına çatmayanlar yaş qrupunda köhnə qitənin ən yaxşı boksçusu seçilib.

 

Asiya Boks Konfederasiyası ilin sonunda qədim qitənin yarışlarında müxtəlif divizionlarda parlaq çıxış etmiş ən yaxşı idmançıları, məşqçiləri və hakimləri seçib. 

Bu seçimdə İranın layiqli və perspektivli boksçusu Fərzan Əhmədi Asiyanın ən yaxşı gənc kişi boksçusu seçilib. 

Əhmədi bu il BƏƏ-nin ev sahibliyi etdiyi Asiya çempionatında yeniyetmələr arasında 61 kq çəki dərəcəsində qızıl medal qazanıb.