Təxt Rəvançi Hindistana səfər edəcək
https://parstoday.ir/azeri/news/iran-i9248-təxt_rəvançi_hindistana_səfər_edəcək
İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini “Məcid Təxt-Rəvançi" Hindistana səfər edəcək.
(last modified 2025-01-02T04:17:02+00:00 )
Yan 01, 2025 04:57 Asia/Baku
  • Təxt Rəvançi Hindistana səfər edəcək

İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini “Məcid Təxt-Rəvançi" Hindistana səfər edəcək.

İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini “Məcid Təxt-Rəvançi" İran-Hindistan siyasi məsləhətləşmələrinin 19-cu raundunda iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran-Hindistan siyasi məsləhətləşmələrinin 19-cu raundu cümə axşamı və cümə günləri (yanvarın 2-si və 3-ü) Yeni Dehlidə keçiriləcək və "Məcid Təxtrovançi" və onu müşayiət edən nümayəndə heyəti orada iştirak edəcək.